BAKI, 30 oktyabr. TELEQRAF
İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsinin püşkü atılıb.
Teleqraf xəbər verir ki, bu mərhələdə mübarizə aparan “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən olan “Çelsi” “Kardiff”lə qarşılaşacaq.
Görüş dekabrın 17-də təşkil olunacaq.
Qeyd edək ki, “Qarabağ”la “Çelsi” noyabrın 5-də, Bakıda üz-üzə gələcək.
İngiltərə Liqa Kuboku
1/4 final mərhələsi
“Arsenal” - “Kristal Pelas”
“Kardiff” - “Çelsi”
“Mançester Siti” - “Brentford”
“Nyukasl Yunayted” - “Fulhem”.