Ağstafada 43 yaşlı qadını bıçaqlayan şəxs tutulub.
Moderator.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində E. Kiçikovaya kəsəci-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, Qazax rayon sakini, 30 yaşlı Elmin Qocayev saxlanılıb.
Araşdırmalar davam etdirilir
08:44
Ağstafada bıçaqlanma hadisəsi baş verib.
Moderator.az-ın məlumatına görə, rayon sakini 1982-ci il təvəllüdlü E.Kiçikova qarının ön divarının bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal qadına ilkin tibbi yardım edilib.
Vəziyyəti ağır olduğundan Qazax rayon mərkəzi xəstəxanasına aparılıb.
Məlumata görə, qadın sevgilisi tərəfindən bıçaqlanıb.
Qadının rayonda yerləşən kafelərin birində işlədiyi bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.