AZ

Cənubi Koreya şirkətləri minlərlə avtomobildə texniki problemləri aradanqaldıracaq

Cənubi Koreyanın aparıcı avtomobil istehsalçıları müxtəlif texniki qüsurların aradan qaldırılması məqsədilə ümumilikdə 260 min avtomobili geri çağıracaqlar.

Redaktor.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Geri çağırma kampaniyasında Hyundai Motor, BMW Korea, Kia Corp. və Stellantis Korea şirkətləri iştirak edəcək. Ümumilikdə 57 müxtəlif model avtomobil bu prosesə daxil ediləcək.

Qüsurlar arasında Hyundai Porter II elektrik modelində batareya idarəetmə sisteminin nasazlığı səbəbindən yanğın riski, BMW 520d sedanında starterin nasazlığı nəticəsində enerji kəsilməsi və yanğın təhlükəsi, həmçinin Jeep Grand Cherokee modelində mühərrik problemi yer alır.

Bundan əvvəl, oktyabrın sonunda Rusiyanın “AvtoVAZ” şirkəti də oxşar kampaniya başladıb. Şirkət Lada X-RAY modelindən olan 8,2 min avtomobili könüllü şəkildə geri çağıracaq. Avtomobillərə təcili operativ xidmətlərlə əlaqə sistemi idarəetmə bloku (SVEOS) quraşdırılacaq. Proqram 2021-ci ilin 8 oktyabrı - 2022-ci ilin 29 aprel tarixləri arasında istehsal edilən 8209 Lada X-RAY avtomobilini əhatə edir.

Aytəkin TOFİQQIZI

Seçilən
25
1
redaktor.az

2Mənbələr