Çempionşipdə oynayan “Koventri Siti” qapıçısı Karl Raşvort DÇ-2026-nın noyabr ayındakı seçmə oyunları üçün İngiltərə millisinə çağırıla bilər.
Bu barədə İdman.Biz “talkSPORT”a istinadən məlumat verir.
Raşvort artıq 613 dəqiqə qol buraxmayıb ki, bu da klubun rekordudur. Milli komanda hüquqları “Brayton”a məxsus olan oyunçunu yaxından izləyir. “Koventri Siti” hazırda Çempionşipdə turnir cədvəlinə 28 xalla başçılıq edir.
İngiltərə 2026-cı il dünya çempionatına vəsiqə qazanıb. Onlar seçmə oyunlarda 13 noyabrda Serbiya və 16 noyabrda isə Albaniya ilə oynamalıdırlar.