AZ

"Samsung" mənfəətini iki dəfə artırdı

Müəllif:Mehin Qasımova,Banco.az

"Samsung"süni intellekt serverlərində istifadə olunan yüksək tutumlu yaddaş çiplərinə artan tələbat sayəsində üçüncü rübdə mənfəətində kəskin artım qeydə alıb.

Banco.az xəbər verir ki, Cənubi Koreyanın texnoloji nəhəngi iyul–sentyabr aylarında rüblük gəlirini təxminən 9 faiz artıraraq 86 trilyon von (təxminən 60,4 milyard dollar) səviyyəsinə çatdırıb. Bu, şirkətin tarixində yeni rekord göstərici olub.

Samsung-un əməliyyat mənfəəti 12,2 trilyon von (8,6 milyard dollar) təşkil edib ki, bu da əvvəlki rüblə müqayisədə 160 faiz artım deməkdir.

Qeyd edək ki, əvvəlki dövrdə şirkətin yarımkeçirici məhsullardan əldə etdiyi gəlir inventar dəyərinin tənzimlənməsi və Çinə texnologiya ixracına qoyulan məhdudiyyətlərlə bağlı birdəfəlik xərclər səbəbindən azalmışdı.

Ekspertlər hesab edir ki, süni intellekt serverlərinə, o cümlədən yüksək performanslı DRAM və HBM yaddaş çiplərinə artan qlobal tələbat Samsung-un qazanc dinamikasını növbəti rüblərdə də dəstəkləyə bilər.

Seçilən
25
1
banco.az

2Mənbələr