Mia.az saytına istinadən ain.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin radioaktiv sunami yarada biləcək "Poseidon nüvə enerjisi ilə işləyən sualtı torpedasının uğurlu sınağının keçirildiyini dünyaya bəyan edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu yeni kəşfi böyük uğur sayıb: "Şübhəsiz ki, bu, böyük bir uğurdur. Yeni silah həm sualtı buraxılış mühərrik, həm də nüvə enerji bloku ilə işləyir. Heç bir ölkədə belə bir şey yoxdur"
"Poseidon" haqqında ictimaiyyətə açıq məlumatlar məhdud olsa da, mütəxəssislər silahın okeanda radioaktiv dalğalar yarada biləcəyini və bununla da sahil şəhərlərini yaşanmaz hala gətirəcəyini söyləyirlər: "Torpedo dəniz dibində genişmiqyaslı partlayışlar vasitəsilə radioaktiv okean dalğaları yaratmaq gücünə sahibdir"
Məluumatda Putinin bu yeni silah haqqında anonsunun ABŞ Prezidenti Donald Trampın "Moskvanın son nüvə raket sınağını keçirməklə səhv etdi" bəyanatından sonra verməsnə də diqqət çəkilib və Rusiya liderinin dünyanı 3-cü böyük müharibəyə çəkdiyi iddia olunur...
Samir MUSAYEV
MİA.AZ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.