"Real Madrid" klubunda futbolçular Xabi Alonsonun metodlarından narazıdır. 

Offsideplus.az xəbər verir ki, bu barədə "Atletik" nəşri məlumat yayıb. Əsas heyətin aparıcı oyunçularından biri bu sözləri deyib: "O düşünür ki, Qvardioladır, əslində isə ancaq Xabidir!". 

İspan mütəxəssis "Kral klubu"da daha sıx qrafik qurub, idman zalında məşqləri, video analizi artırıb. Bunu isə futbolçular özlərinə qarşı hörmətsizlik kimi qəbul edirlər.

Xabinin bir çox neqativ vərdiş tapdığı və bu səbəbdən daha ciddi qaydalar qoyduğu qeyd olunur.