AZ

Fransa klubu Real ın hücumçusunu icarəyə götürmək istəyir

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Lion" bu qış "Real"ın hücumçusu Hendriki "rənglərinə bağlamağı" planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano X sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin sözlərinə, Fransa klubu artıq danışıqlara açıq olan 19 yaşlı braziliyalı futbolçu üçün icarə müqaviləsi üzərində işləməyə başlayıb.

Qeyd edək ki, Hendrik bu mövsüm "Real"ın heyətində bir dəfə də olsun meydana çıxmayıb. Ötən mövsüm hücumçu Madrid klubunda 37 oyunda 7 qol vurub və 1 məhsuldar ötürmə edib.

Hendrikin "Kral klubu" ilə müqaviləsi 2030-cu ilin yayında başa çatır. "Transfermarkt" portalı onun dəyərini 35 milyon avro qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
sport24.az

1Mənbələr