ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Federasiyası bölgədəki son seçkilərdən sonra strategiyasını yenidən nəzərdən keçirəcək və Moldova Respublikası da daxil olmaqla müxtəlif ölkələrin siyasi proseslərinə müdaxilə etməyə davam edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu açıqlayıb.
Sandunun sözlərinə görə, Moskva diqqətini seçkilərin keçiriləcəyi gözlənilən digər ölkələrə yönəldir, postsovet məkanında və hətta inkişaf etmiş demokratiyalarda nəzarəti və təsirini qorumağa çalışır: "Rusiya Federasiyası hələ də strategiyasını təkmilləşdirir. Onlar belə nəticələr gözləmirdilər və indi öz planlarını yenidən nəzərdən keçirməyə çalışırlar. Onlar seçkilərin keçiriləcəyi digər ölkələrə diqqət yetirəcəklər. Məsələn, gələn il Ermənistanda seçkilər keçiriləcək və onlar Ermənistanda hökumət üzərində nəzarəti bərqərar etməyə çalışacaqlar".
Ağarza Elçinoğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        