AZ

“Fənərbaxça” ilə adı hallanan "Real"ın ulduzu qərarını verdi

Fransanın "Olimpik Lyon" klubu “Real Madrid”in futbolçusu Endriki icarəyə götürmək üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, "Olimpik Lyon" futbolçunu mövsümün fasiləsində icarəyə götürmək üçün “Real”la əlaqə qurub. Fransa komandası İspaniya nəhəngini razı salmaq üçün Endriki müntəzəm oyun vaxtı ilə təmin edəcəyini və onun inkişafına dəstək verəcək təklif irəli sürüb. Futbolçunun təklifə razı olduğu bildirilir. Məlumata görə, "Real Madrid"in məşqçisi Xabi Alonsonun da Endrikin icarə əsasında getməsinə razılıq biləcəyi irəli sürülüb.

Qeyd edək ki, Endrik bu mövsüm “Real”ın rəsmi oyunlarında iştirak etməyib. Bundan əvvəl Endrikin adı “Fənərbaxça” ilə də hallanmışdı.

Seçilən
17
metbuat.az

1Mənbələr