Atlantik okeanı tarixinin ən güclü qasırğalarından biri olan “Melissa” Haiti, Yamayka və Dominikan respublikalarında təxminən 50 nəfərin ölümünə səbəb olub.
Musavat.com ArbatMedia saytıba istinadla xəbər verir ki, küləyin sürəti saatda 295 kilometrə çatıb.
Agentliyin məlumatına görə, Haitidə 40 nəfər ölüb, daha 10 nəfər itkin düşüb. Yamaykada səkkiz nəfər, Dominikan Respublikasında bir nəfər ölüb, bir nəfər isə itkin düşüb.
Fırtına Kuba, Yamayka və Haitidə infrastruktura ciddi ziyan vurub, evləri, yolları dağıdıb və elektrik təchizatını pozub. Yerli hakimiyyət orqanları geniş yayılmış su və qida kəsintiləri barədə məlumat verir.
“Melissa” 28 oktyabrda Yamaykaya çataraq Saffir-Simpson şkalası üzrə 5-ci kateqoriyaya çatıb. Küləyin sürəti saatda 295 kilometrə çatıb və bu qasırğa Atlantikdə qeydə alınan ən güclü qasırğalardan birinə çevrilib.
Musavat.com