Qlobal bazarlarda qızılın qiyməti bir qədər geriləyib.
Bitcoin ucuzlaşma dalğasından çıxa bilmir - SON QİYMƏT
FED.az xəbər verir ki, qızılın unsiyası 3 951,51 dollar səviyyəsinə enib. Bu, gündəlik müqayisədə 0,84% və ya 33,33 dollar ucuzlaşma deməkdir.
Qısamüddətli enişlərə baxmayaraq son bir ayda qızılın qiyməti 3%, son altı ayda isə 23,9% artım göstərib. İllik müqayisədə qiymətlər 45,4% yüksələrək qızılın investorlar üçün ən sabit aktivlərdən biri olaraq qalmasını təmin edib.
Beşillik dövrdə artım 110,3%, iyirmi illik dövrdə isə 750,5% təşkil edir ki, bu da uzunmüddətli dövrdə qızılın sabit gəlir gətirən sərmayə aləti olduğunu təsdiqləyir.
Analitiklərin fikrincə, son günlərdə baş verən azalma ABŞ dollarının müvəqqəti güclənməsi və faiz dərəcələrinə dair gözləntilərlə bağlıdır. Lakin orta və uzunmüddətli perspektivdə qızılın yenidən 4 000 dollar həddini keçməsi ehtimalı yüksək qiymətləndirilir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.