AZ

Tramp Çindən idxal üçün bəzi rüsumları 10% ə endirdi

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Çindən idxal edilən mallara fentanil qaçaqmalçılığına görə tətbiq edilən rüsumları 20%-dən 10%-ə endirib.

Oxu.Az xəbər verir ki, Ağ Evin sahibi bunu təyyarəsində onu müşayiət edən media nümayəndələrinə bəyan edib.

O deyib: "Mən fentanilə görə Çinə 20 faizlik rüsumlar tətbiq etdim. Bunlar çox böyük rüsumlar idi, lakin Si Cinpinin bugünkü bəyanatları ilə əlaqədar onları 10%-ə endirdim".

Tramp Çin sədri Si Cinpinlə görüşündə mikroçiplər məsələsinin də müzakirə olunduğunu vurğulayaraq qeyd edib: "Biz çiplər məsələsini də müzakirə etdik. İndi onlar "Nvidia" və digər şirkətlərlə çiplər ilə bağlı danışıqlar aparacaqlar".

Görüşdə bir çox vacib qərarların qəbul edildiyini əlavə edən ABŞ lideri fikrini bu sözlərlə tamamlayıb: "Çox yaxşı görüş oldu, o, çox güclü ölkənin böyük lideridir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
oxu.az

1Mənbələr