BAKI, 30 oktyabr. TELEQRAF
"Arsenal" İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində evdə "Brayton"u 2:0 hesabı ilə məğlub edərək, İngiltərə futbolunda bütün zamanların rekordunu müəyyənləşdirib.
Teleqraf "Opta"ya istinadən xəbər verir ki, "topçular" İngiltərənin yüksək liqasında bir ay ərzində altı oyunda qol buraxmadan qələbə qazanan ilk komanda olub.
London təmsilçisi Premyer Liqada "Kristal Pelas"la "Fulhem"i 1:0, "Vest Hem"i 2:0, UEFA Çempionlar Liqasında isə "Atletiko Madrid"i 4:0, eləcə də "Olimpiakos"u 2:0 məğlub edib.