GƏNCƏ, 30 oktyabr. TELEQRAF
Dünən axşam saatlarında Goranboy rayonundabaşlayan güclü külək bir sıra fəsadlar yaradıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, rayon ərazisindəağac elektrik naqillərin üzərinə düşməsi səbəbindən, rayonunun 7 yaşayış məntəqəsi üzrə 3112 abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranmış, təhcizat 30 oktyabrsəhər saatlarında rayon Elektrik şəbəkəsi tərəfindən bərpa edilib.
Hazırda rayon ərazisində əsən külək dayanıb.