AZ

Daxili dövlət borcu 17 milyard 46,8 milyon manata düşüb

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu il oktyabrın 1-nə Azərbaycanın daxili dövlət borcu 17 milyard 46.8 milyon manat təşkil edib.

Oxu.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, daxili borcun ümumdaxili məhsula (ÜDM) nisbəti 13.1% olub. Hesabat tarixinə borcun həcmi ilin əvvəli ilə müqayisədə 1 milyard 612.9 milyon manat azalıb.

Daxili borcun 7 milyard 987 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9 milyard 59.8 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərin payına düşür.

Dövriyyədə olan dövlət qiymətli kağızlarının 3%-i birillik, 56.3%-i 2-3 illik, 40.7%-i isə 5 il və daha uzunmüddətli istiqrazlardır.

Oktyabrın 1-nə dövlət istiqrazları üzrə orta ödəmə müddəti 3.52 ilə bərabərləşib.

Aqil Vəlili

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
oxu.az

2Mənbələr