Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
Yol nişanlarının düzgün yerləşdirilməsi sürücülərin təhlükəsizliyi və rahatlığı baxımından vacib məsələlərdən biridir.
Avtosfer.az xəbər verir ki, vətəndaşlardan biri sosial şəbəkədə nişanın düzgün yerdə quraşdırılmaması ilə bağlı video görüntü paylaşıb. Görüntülər yeni açılmış Sea Breeze yolunda qeydə alınıb.
Onun sözlərinə görə, radar məlumatlandırma nişanı demək olar ki, stasionar radarın düz altında quraşdırılıb. O, bunu “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinə zidd hesab edib və qeyd edib ki, qanuna əsasən radar nişanı yaşayış məntəqələrində 50–200 metr, yaşayış məntəqələrindən kənarda isə 150–1000 metr məsafədə quraşdırılmalıdır.
Məsələ ilə bağlı qeyd edək ki, “Yol hərəkəti haqqında” qanuna və mövcud normativ tələblərə əsasən, radar barədə məlumatlandırma yalnız iki üsulla təmin edilir: ya 6.17 informasiya nişanı vasitəsilə, ya da 3.24 nişanı ilə. Həmin ərazidə 3.24 nişanı (sürət həddi nişanı) quraşdırıldığı üçün bu, qanunvericiliyin tələblərinə uyğun gəlir.
Beləliklə, sürət həddini göstərən 3.24 nişanı stasionar radardan 50–200 metr əvvəl yerləşdirildiyi halda, əlavə radar nişanının quraşdırılması tələb olunmur. Bu, həm sürücülərin məlumatlandırılması, həm də yol təhlükəsizliyinin təmin edilməsi baxımından kifayətlidir.
Eltac Zülfüqaroğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.