Almaniya kansleri Fridrix Merts dünən gecə Türkiyəyə ilk rəsmi səfəri üçün Ankaraya yola düşüb.
Publika.az "Hürriyet"ə istinadən xəbər verir ki, Mertsin bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rəsmi danışıqlardan əvvəl Ankarada türk və alman iş adamları ilə görüşməsi gözlənilir.
Məlumata görə, Almaniya kansleri və Ərdoğan arasındakı danışıqlar iki ölkə arasında iqtisadi, enerji və müdafiə əlaqələrinin inkişafına, Ukrayna-Rusiya müharibəsinə, Yaxın Şərqdəki qarşıdurmalara və beynəlxalq inkişafa yönələcək.
Danışıqlarda müdafiə sənayesində əməkdaşlığın artırılması, Gömrük İttifaqının yenilənməsi və türkiyəlilər üçün viza rejiminin sadələşdirilməsi, eləcə də Almaniyada sığınacaq müraciətləri rədd edilən türklərin geri qaytarılması kimi məsələlərin müzakirə olunacağı da gözlənilir.