AZ

Azərbaycan idmançısı Avropa birinciliyində 3 medal qazandı

Tehran Məmmədov Avropa birinciliyində 3 gümüş medal qazanıb
Ağırlıqqaldırma üzrə yığma komandamızın üzvü Tehran Məmmədov Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyində 3 gümüş medal qazanıb. 65 kq çəki dərəcəsində mübarizə aparan Tehran birdən qaldırma hərəkətində 133 kq çəkini ram etməyi bacarıb. Təkanla qaldırma hərəkətində 155 kq ağırlığı başı üzərinə qaldıran Məmmədov toplamda 288 kq nəticə göstərib. Beləliklə birdən və təkanla qaldırma hərəkətlərinin uğurlu icrasına görə 2 gümüş mükafat qazanan Tehran Məmmədov toplamda da fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Mükafatçılara medalları Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”nun üzvü və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov təqdim edib

Seçilən
26
6
teleqraf.com

10Mənbələr