AZ

İranın nüvə obyektlərindəki son durum açıqlandı

BAKI, 30 oktyabr. TELEQRAF

“İsrailin hava hücumları İranın üç nüvə obyektinin infrastrukturuna ciddi zərər vurub”.

Teleqraf xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru Rafael Qrossi deyib.

“Bu, təkcə mənim fikrim deyil, biz öz araşdırmalarımızı aparmışıq, həmçinin İran hökuməti də bunu açıq şəkildə təsdiqləyib və digər mənbələr də eyni şeyi bəyan edib. Buna görə də bu məsələ ilə bağlı heç bir şübhə yoxdur. Bu zərbələr hadisə İranın nüvə proqramını ciddi şəkildə geri atıb, vurulan zərərin miqyası çox böyükdür”, - o bildirib.

AEBA rəhbəri İranın nüvə silahı istehsalına cəhd göstərməsi ilə bağlı iddianı rədd edib:

“Cavab açıqdır: xeyr, belə bir şey yoxdur və heç vaxt olmayıb. Bunu tam aydın şəkildə demək istəyirəm, çünki çox vaxt bizim bəyanatlarımız təhrif olunur və elə təqdim edilir ki, guya biz belə sözlər demişik. Əksinə, biz həmişə demişik və bu gün də təkrar edirəm: İranın əməkdaşlığı lazım olan səviyyədə deyil”.

Rafael Qrossi əlavə edib ki, İranın bəzi nüvə obyektlərində müəyyən fəallıq müşahidə olunsa da, agentlik bu ölkədə uranın zənginləşdirmə ilə əlaqəli əhəmiyyətli fəaliyyətin heç bir əlamətini görməyib. O vurğulayıb ki, agentliyin İranda fəaliyyəti hələ də məhduddur.

Agentliyin direktoru onu da qeyd edib ki, AEBA hazırda İranda yoxlamalar aparır, amma bu yoxlamalar iyun ayında ABŞ-nin hücumuna məruz qalan üç obyektdə həyata keçirilmir.

Seçilən
15
teleqraf.com

1Mənbələr