“Ermənistan və Azərbaycan arasında artıq sülh bərqərar olub, bu, reallıqdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bizdə sülh var və bu, reallıqdır. Bu, yalnız iki tərəfli münasibətlərimizdə deyil, həm də bölgəmiz üçün tarixi dəyişiklikdir. Düşünürəm ki, ilk dəfədir Cənubi Qafqazda iqtisadi əməkdaşlıq mərhələsinə qədəm qoymaq və yalnız sülh deyil, həm də inkişaf edən bir bölgə yaratmaq imkanı yaranıb. Xüsusilə Vaşinqtonda qəbul edilmiş bəyannaməyə əsasən regional kommunikasiyaları açmaq barədə razılığa gəlmişik, bu, ölkələrin ərazi bütövlüyü, suverenliyi, hüquqi səlahiyyətləri və iki tərəfli prinsiplərə əsaslanır. Həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipi mövcuddur”, - o qeyd edib.
 
                        