Bakı. Trend:
Oktyabrın 31-dən noyabrın 2-dək paytaxtda “Bakıya Uçuş.İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” (“Fly to Baku. Art Weekend.Sense the Future NOW”) adlı möhtəşəm incəsənət festivalıkeçiriləcək.
Trend xəbər verirki, bu tədbir incəsənəti, mədəniyyəti və ekologiyanı bir arayagətirəcək.
Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinintəşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı iləgerçəkləşdirilir. Layihənin müəllifi və təşəbbüskarı Heydər ƏliyevFondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi LeylaƏliyevadır.
Bu immersiv layihə Bakını müasir yaradıcılıq, dialoq vəkəşflərin canlı səhnəsinə çevirəcək. Festivalda xüsusi diqqətokeanlar və dənizlərdəki ekoloji vəziyyətə incəsənət dilivasitəsilə yönəldiləcək. Festivalın əsas mövzusu həyatın,yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Su -davamlılığın, yenilənmənin və ümumi yaddaşın simvolu kimi “ArtWeekend”in əsas elementi seçilib.
Festivalın əsas mövzusu - həyatın, yenilənmənin və dayanıqlıinkişafın rəmzi olan sudur. Davamlılıq, yenilənmə və kollektivyaddaşı təcəssüm etdirən su, “Art Weekend”in əsas elementi kimiseçilib və bu, Azərbaycanın beynəlxalq incəsənət ictimaiyyəti iləmənalı dialoquna töhfə verəcək.
Festival iştirakçıları arasında inklüziv rəqs qrupu“DanceAbility Azerbaijan” da yer alır. Qrup incəsənət, inklüzivlik,əlçatanlıq və ekoloji şüurluluğu birləşdirən iki ilhamverici çıxıştəqdim edəcək.
Qrupun yaradıcısı və bədii rəhbəri Nigar Sultanova Trend-ə müsahibəsindəbildirib ki, “DanceAbility Azerbaijan”ın mesajı festivalın ideyasıilə səsləşir. Bu festival yaradıcılığı irs ilə innovasiyanıbirləşdirən körpü kimi təqdim edir. Qrupun ilk çıxışı 31 oktyabrtarixində Heydər Əliyev Mərkəzində festivalın açılış mərasimindəbaş tutacaq.
“Su ünsüründən ilhamlanaraq festival incəsənəti və insanlığıbirləşdirir, düşünməyə və dəyişməyə ruhlandırır. Açılışda biz dənizobrazından – zərif, sirli və qüdrətli təbiət qüvvəsindən –ilhamlanan inklüziv rəqs performansı nümayiş etdirəcəyik. Hər birrəqqas öz fərdiliyini səhnəyə gətirir və bu, okeanların canlımetaforasıdır – bir-birindən fərqli, amma bir-birinə bağlı,dünyanın insanları və mədəniyyətləri kimi”, – deyə o bildirib.
2 noyabr saat 15:00-da “DanceAbility Azerbaijan” AzərbaycanDövlət Akademik Rus Dram Teatrının səhnəsində “De, sənə nə vaxtkifayət edir?” adlı inklüziv rəqs tamaşasını təqdim edəcək.
“Tamaşa insanlıq, istehlak və su – planetin ən vacib resursu –arasındakı əlaqəni araşdırır. Burada ultrasürətli moda sənayesinətoxunulur: mikrop-lastik tərkibli sintetik parçalar istehsaldanutilizasiyaya qədər bütün dövrlərdə ətraf mühitə zərər vurur,çayları, okeanları və dəniz ekosistemlərini çirkləndirir. ‘De, sənənə vaxt kifayətdir?’ yalnız moda və geyim haqqında deyil. Bu, həmdə bizim nə qədər tullantı yaratdığımız, planetin ehtiyatlarınınecə tükətdiyimiz, bu əməyin arxasında dayanan insanlar və hərparçada gizlənən hekayələr haqqındadır”, – deyə Nigar Sultanovaqeyd edib.
Tamaşada əlilliyi olan və olmayan rəqqaslar birgə çıxış edəcək.Əlçatanlıq işarə dili tərcüməsi, ingilis subtitrləri, taktil turlarvə neyromüxtəlifliyə uyğunlaşdırılmış mühit vasitəsilə təminolunur. Geyimlər və dekorasiyalar təkrar emal edilmişmateriallardan hazırlanıb, bu da sonsuz istehlak əvəzinə dövriiqtisadiyyat prinsiplərini – yenidən istifadə, yenidən düşünmə vəbərpa ideyasını əks etdirir.
Giriş sərbəstdir. Qeydiyyat üçün: https://bakuartweekend.az/az/register/