AZ

“Tərəflər tələb və iddialarından geri çəkilmək fikrində deyil”

Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“İsrail və HƏMAS arasında münaqişə davam edir və edəcək. Bu müharibənin sonlanması üçün İsrailin tələbi qəzzalıların oranı boşaltmasıdır. Yəni bunu birbaşa açıq tələb şəklində qoymasa da İsrailin irəli sürdüyü şərtər içərisində sonunda Qəzzada hər hansı bir fələstinlinin, ərəbin, qəzzalının qalmaması hədəfi görünür”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü deyib.

M.Göyüşlü diqqətə çatdırıb ki, Qəzzada HƏMAS-ın tələbləri də İsrailin tamamilə çəkilməsidir: “İsrailin məhvi kimi bir məsələ də HƏMAS-ın qarşısına qoyduğu məqsədlərdən biridir. Ona görə də bu hədəf və məqsədlərin gerçəkləşməsi çox uzun bir vaxt aparan məsələdir. Bu istək, iddia və tələbləri münaqişə ilə gerçəkləşdirmək təbii ki, müharibəni uzadan məqamdır. Yəni tərəflərin bir-birinə qarşı iddia və tələbləri müharibənin uzanmasına səbəb olan əsas amildir. Heç biri də tələb və iddialarından geri çəkilmək fikrində deyil. Ona görə də bu gərginlik, müharibə davam edir. Böyük dövlətlər də bu işə əl qoymasalar, bu problemin həlli üçün ciddi bir şəkildə çalışmasalar müharibə davam edəcək”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
icma.az

1Mənbələr