AZ

Bakıda Avrasiya Françayzinq Forumu keçirilir

Bakı. Trend:

Bakıda Avrasiya Françayzinq Forumu keçirilir.

Trend xəbərverir ki, tədbirə regionun müxtəlif ölkələrindən dövlət rəsmiləri,sahibkarlar, investorlar və françayzinq sahəsinin nümayəndələriqatılıb.

Forumun rəsmi açılışda Azərbaycan Françayzinq Assosiasiyasınınİdarə Heyətinin sədri Camid Mövsümov, KOBİA sədri Orxan Məmmədov,iqtisad elmləri doktoru, Milli Məclisin deputatı ƏlibalaMəhərrəmzadə, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev,Qazaxıstan Ticarət nazirinin müavini Aycan Bicanova, “Gaztrade”şirkətinin icraçı direktoru Aynur Amirbekova, Türk DünyasıFederasiyasının sədri Halit Kanak və digərləri çıxış edəcəklər.

Rəsmi açılışdan sonra "AzInTelecom" şirkətinin rəqəmsalmarketinq bölməsinin rəhbəri Nərgiz Abdulhüseynova “Biznesprosesini SİMA ilə rəqəmsallaşdır” mövzusunda təqdimatla çıxışedəcək.

Forum çərçivəsində “Françayzinqin qlobal trendləri və Avrasiyadayeni imkanlar", “Pərakəndə ticarət və qida sənayesindəfrançayzinq”, “Rəqəmsallaşma və texnologiyanın françayzinqə təsiri”mövzularında üç panel müzakirəsi keçiriləcək.

Panellərdə françayzinq sektorunun inkişaf perspektivləri,rəqəmsal transformasiya, e-ticarət, süni intellekt vətexnologiyanın biznes modellərinə təsiri müzakirə olunacaq.

Forumun sonunda B2B görüşmələr, yekun çıxışlar və iştirakçılarasertifikatların təqdimatı planlaşdırılır.

Avrasiya Françayzinq Forumu françayzinq sahəsində əməkdaşlığıngenişləndirilməsi, yeni tərəfdaşlıqların yaradılması və regionölkələri arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi baxımındanmühüm platforma kimi dəyərləndirilir.

Məqalədə:
Seçilən
45
2
az.trend.az

3Mənbələr