AZ

PAŞA Sığorta məhkəmədə uduzdu– Bir il sonra ödəniş edildi

Tam bir il davam edən məhkəmə çəkişməsindən sonra PAŞA Sığorta şirkəti müştərisinə ödəniş etməyə məcbur qalıb. AzPost xəbər verir ki, 77FQ157 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibinə 22 oktyabr 2024-cü ildə baş vermiş hadisə nəticəsində dəyən zərərə görə sığorta ödənişi yalnız 2025-ci ilin oktyabrında, yəni bir ildən sonra köçürülüb.

Məlumata görə, hadisədən sonra şirkət müxtəlif səbəblərlə ödənişi gecikdirib və məsələ məhkəmə müstəvisinə çıxarılıb. Nəticədə məhkəmə qərarı sığorta olunan şəxsin xeyrinə olub.

Müştəri sosial şəbəkədə paylaşım edərək bildirib ki, “tam 1 ilin sonunda PAŞA Insurance bütün məhkəmələri uduzaraq ödənişi həyata keçirdi”.

AzPost.az

Seçilən
7
1
azpost.info

2Mənbələr