 Bizdə artıq sülh var və bu, reallıqdır.
Bizdə artıq sülh var və bu, reallıqdır.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Baş nazir Nikol Paşinyan Paris Sülh Forumunda deyib.
“Bu, təkcə Ermənistanla Azərbaycan arasındakı ikitərəfli münasibətlərdə deyil, həm də bütövlükdə regionumuz üçün tarixi bir dəyişiklikdir”, – o qeyd edib.
Paşinyan erməni xalqının indiyədək əldə etdiklərini dəstəklədiyindən əminliyini bildirib.
“Heç şübhə etmirəm ki, Ermənistan vətəndaşları sülh gündəliyini və sülh prosesini dəstəkləyəcəklər”, – Baş nazir vurğulayıb.
