AZ

Tramp iqlim saxtakarlığına qarşı müharibədə qalib gəldiyini elan edib

ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində "iqlim dəyişikliyi ilə bağlı saxtakarlığa qarşı müharibədə qalib gəldiyini" açıqlayıb.

Poliqon xəbər verir ki, o, bu bəyanatı milyarder və "Microsoft" şirkətinin həmtəsisçisi Bill Qeytsin məsələ ilə bağlı yanlış fikirdə olduğunu etiraf etməsindən sonra verib.

"Biz (mən!) az əvvəl iqlim dəyişikliyi saxtakarlığına qarşı müharibəni qazandıq. Bill Qeyts nəhayət bu mövzuda tamamilə yanıldığını etiraf etdi. Bunun üçün cəsarət lazım idi və biz hamımız buna görə minnətdarıq. MAGA!!!", deyə prezident yazıb.

Tramp bu sözləri Qeytsin şəxsi platforması olan "Gates Notes" saytında dərc olunan məqaləsinə cavab olaraq bildirib. Həmin məqalədə milyarder qlobal istiləşmənin qarşısını almağa çalışmaqdan imtina etməyə və diqqəti xəstəliklər və yoxsulluqla mübarizəyə yönəltməyə çağırıb. Onun fikrincə, iqlim dəyişikliyi xüsusilə kasıb ölkələr üçün ciddi nəticələr doğuracaq, lakin insanlığın mövcudluğu üçün təhlükə yaratmayacaq.

BMT-nin baş katibi Antoniu Quterreş də beynəlxalq ictimaiyyətin qlobal istiləşməni 1,5 °C ilə məhdudlaşdırmaq hədəfinə nail ola bilmədiyini etiraf edib. Qeyts vurğulayıb ki, iqlim dəyişikliyi ən çox həssas təbəqələrə təsir göstərəcək, lakin onların əsas təhlükələri yenə də yoxsulluq və xəstəliklər olaraq qalacaq.

Poliqon.info

Seçilən
5
poliqon.info

1Mənbələr