AZ

Erol Bulut: Qalib gəldik, xoşbəxtik

Mia.az saytına istinadən ain.az xəbər verir.

Ziraat Türkiyə Kubokunun üçüncü turunda 2-ci Liqa təmsilçisi "Bursaspor"u 3-0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksələn "Antalyaspor"un baş məşqçisi Erol Bulut qələbədən sonra jurnalistlərə açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, rahat qələbə qazandıqlarını deyib.

Vaxtilə super liqada xariqələr yaradan "Bursaspor"un hazırda öz liqasında çempionluq uğrunda mübarizə apardığını vurğulayan Bulut qalibiyyət üün xoşbəxt olduqlarını bildirib: ""Bursaspor" yaxşı komandadır, gənc oyunçuları var. Onlar bəzən işlərimizi çətinləşdirirdilər. Bizim üçün vacib olan qələbə idi. Yaratdığımız şanslardan istifadə etdik. Qalib gəldik, xoşbəxtik. Yaratmağa çalışdığımız bir sistemimiz var. Tam istədiyimiz kimi oynamaq üçün bizim bir qədər vaxta ehtiyacımız var".

Fərid ASLAN

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
mia.az

1Mənbələr