AZ

AÇ: Azərbaycan millisi qapını bərk çırpa biləcək?

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti - sonuncu oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, B Liqasının I qrupunda yer alan komandamız üçüncü oyununda meydan sahibi Moldova ilə qarşılaşacaq.

Sözügedən ölkənin paytaxtı Kişinyov şəhərində baş tutacaq görüş Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Qarşılaşmanı islandiyalı baş hakim Briet Braqadottir idarə edəcək.

Qeyd edək ki, Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda ilk iki görüşdə Uelsə 0:7, Kosovaya isə 0:6 hesabı ilə uduzub. Başqa sözlə, yığmamız nəinki qələbə və ya xal qazana bilib, qol hesabını belə aça bilməyib. 

Avropa çempionatı
B Liqası, I qrup
30 oktyabr

15:00. Azərbaycan (U-17) - Moldova (U-17) 
Hakimlər: Uqne Şmitayte, Deymante Bikute (hər ikisi Latviya), Tiyana Krstiç (Serbiya), Brit Braqadottir (İslandiya). 
Kişinyov. "Zimbru" stadionu. 

Seçilən
12
1
fanat.az

2Mənbələr