AZ

Dünyada doğum səviyyəsi azalır

Dünyada

Amerikalı professor, 2023-cü ildə dünya elminə verdiyi töhfələrə görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüş Klaudiya Qoldin dünyada doğum səviyyəsinin azalmasının əsas səbəblərini təhlil edib.

Reyting.az
xəbər verir ki, alimin fikrincə, dünyada doğumun azalmasının başlıca səbəbi qadınların müstəqilliyinin artması və cəmiyyətdə rollarının dəyişməsidir.

Professor qeyd edib ki, təhsil, karyera imkanları və reproduktiv nəzarət vasitələrinin genişlənməsi qadınlara daha çox azadlıq verib. Bu isə iqtisadi artım və doğum səviyyəsi arasında mövcud əlaqəni dəyişib.

Qoldin misal olaraq bildirib ki, İsveç və ABŞ-da doğum səviyyəsi Yunanıstandan və Cənubi Koreyadan daha yüksəkdir.

Hazırda dünyanın yarıdan çoxunda doğum səviyyəsi əhalinin təbii bərpası üçün lazım olan 2,1 uşaqlıq həddindən də aşağıdır. Buna başlıca səbəb kimi ev işlərinin qeyri-bərabər bölünməsi ilə yanaşı, həm də getdikcə daha ciddi problemə çevrilən ailədaxili gender fərqləri göstərilir.


Klaudiya Qoldin

Alimin yeni araşdırma və hesablamalarına görə, Yaponiya, Cənubi Koreya, İtaliya, İspaniya və Yunanıstan kimi ölkələrdə qadınlar gündə orta hesabla 3 saatdan çox vaxtlarını ev işlərinə sərf edirlər ki, bu da doğum səviyyəsinin aşağı olmasına mühüm təsir göstərir.

Qoldin qeyd edib ki, İsveç və Danimarkada bu fərq təxminən bir saat azdır və bu ölkələrdə doğum göstəriciləri daha yüksəkdir.

Professor ümumi nəticəyə gəlib ki, aşağı doğum səviyyəsinin əsas səbəbi struktur maneələrdir - uşaq baxımı üçün dövlət təminatının zəifliyi və ev işlərinin ədalətsiz bölünməsi.

Nobel mükafatçısı vurğulayıb ki, dövlət dəstəyinin gücləndirilməsi və gender bərabərliyinin təmin olunması doğum səviyyəsinin artmasına səbəb ola bilər.

Oqtay QORÇU
Seçilən
6
1
reyting.az

2Mənbələr