AZ

Məmmədbəyli kəndində tikilən 188 evdə günəş panelləri quraşdırılıb

Azvision saytına istinadən ain.az xəbər verir.

Bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva deyib. Onun sözlərinə görə, evlərdən 39-u iki, 55-i üç, 55-i dörd, 39-u isə beş otaqlıdır. Hər bir evin həyətyanı sahəsi 0,12 hektardır və bütün evlər müasir standartlara uyğun şəkildə hasarlanıb. "Evlərdə Günəş panelləri quraşdırılıb, onlar su, işıq, qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin olunub. Məmmədbəyli kəndi Ağalı kəndinə yaxın olduğuna görə iki kəndi birləşdirən yeni keçid inşa olunub. Bu keçid həm kəndlər arasında rahat gediş-gəlişi təmin edir, həm də Ağalıdakı 360 şagird yerlik məktəbə, 60 yerlik uşaq bağçasına, Ailə Sağlamlıq Mərkəzinə, bazar kompleksinə və digər xidmət obyektlərinə asan çıxış yaradır". AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
azvision.az

1Mənbələr