AZ

İsveçrə Rusiyaya qarşı yeni sanksiyalara qoşuldu

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsveçrə hökuməti Avropa İttifaqının Rusiya və Belarusa qarşı 18-ci sanksiyalar paketinə əlavə tədbirlərlə qoşulub.

Bakıvaxtı.az xəbər verir ki, rəsmi məlumata görə, məhdudiyyətlər əsasən mal ticarəti, maliyyə və enerji sektorlarını əhatə edir.

Yeni qərara əsasən, Rusiya sənayesini gücləndirə biləcək malların, o cümlədən, yanacaq kimyəvi maddələrinin, metall və plastiklərin ixracına qadağa sərtləşdirilib.

Həmçinin Rusiyanın 23 bankına qarşı maliyyə əməliyyatları tam qadağan olunub, daha 22 bank isə sanksiya siyahısına əlavə edilib.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
32
bakivaxti.az

10Mənbələr