AZ

“Baxça müdirləri uşaqların yeməyini evinə daşıyır, başqa kişilərlə....” - FOTO+ÖZƏL

“Son günlər efirlərdə bir ağıllı veriliş görmürəm. Qadınların boşanmağını, başqa kişilərlə xəyanətlərini açıq-aşkar efirdə nümayiş etdirirlər. Bir də görürsən ki, daha sonra o boşanan qadının dəyişimini göstərirlər, fiqurasına təriflər yağdırırlar. Yazıq kişilər belə qadınlara necə dözsün? Bəli, həqiqətən də pis yoldaşlar, atalar var, amma qadınların özlərini aparmağını görəndə şoka düşürəm. Kitay maşınlarını alırlar, o küçə sənin, bu küçə mənim veyil-veyil gəzirlər. Onlar guya uşaq, ailə qədri biləndilər? Heç özləri də bilmirlər həyatdan nə istəyirlər. Hər şeyi yoldaşlarından gizlədirlər. Bundan nə ailə olsun? Bu ailədir? Biz həqiqətən də uçurumdayıq. Axırımız necə olacaq bilmirəm”.
 
Bunu Moderator.az-a açıqlamasında “Qaraca qız” filminin Xədicəsi Leyli Axundova deyib.
O daha sonra əlavə edib:
 
“Bir dənə uşaq kinosu var? Yoxdur! Ancaq qeybətdir. Bu onu öldürür, o bunu söyür, oğurluq edir. Uşağın adını belə çəkmirlər, o ki, qalsın film çəksinlər! Özümüz özümüzə düşmən kəsilmişik. Deyirlər ki, o illər pis dövr olub. Xeyr, o illərdə uşaqlar üçün hər şey yaratmışdılar. Hər şey pulsuz idi. İndi uşaqları pulsuz kursa apara bilərsən? Elə qiymətlər qoyublar ki.. Mənim nənəm 38 il baxça müdiri olub. Nənəm çətin vaxtlarda uşaqları öz evinə aparırdı. Ona görə ki, uşaqları sevirdi. İndi baxça müdirləri padşah kimi yaşayır. Baxçanın yeməyini də öz evlərinə daşıyırlar. Allahın altında gəzirsiniz, bir dəqiqənin içində hər şeyinizi itirə bilərsiz”.
 
Leyli Axundova xalq artisti Şəfiqə Məmmədova ilə son görüşünü də xatırlayıb:
 
“3 il bundan əvvəl Şəfiqə xanımla restoranlardan birində görüş təşkil olunmuşdu. Məni də dəvət etmişdilər. Orada görüşüb, söhbətləşdik. O çox ağıllı qadındır. Bizdə nədənsə ağıllı qadınları sevmirlər. Ona görə də Şəfiqə xanıma qarşı ittihamlar irəli sürürlər. O Azərbaycan kinosunun Sofi Lorenidir” deyə sənətçi bildirib.
Seçilən
16
1
moderator.az

2Mənbələr