AZ

Ermənistan Azərbaycanın təsiri altında qala bilər -Ambartsumyan

Əgər Nikol Paşinyan 2026-cı ilə qədər hakimiyyəti saxlaya bilsə, Ermənistan birbaşa Azərbaycanın təsiri altında qala bilər.

XəzərNews.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Mikael Ambartsumyan jurnalistlərə açıqlamasında deyib.

"Bu, onların gəlib evlərimizi qıracaqları anlamına gəlmir. Bu o deməkdir ki, yumşaq güc təzyiqi güclənəcək. Eyni dostluq prosesi başlayacaq və bu, bir müddət davam edəcək. Azərbaycanlılar Ermənistanda yaşamağa gələcəklər və onların dövlət zəmanətləri olacaq. Əhali balansı dəyişməyə başlayacaq və azərbaycanlılar Azərbaycan və Türkiyə tərəfindən maliyyələşdiriləcək. Kağız üzərində de-yure, bir müddət müstəqilliyimizi saxlaya bilərik, amma de-fakto onu itirəcəyik. Biz Azərbaycanın bir əyalətinə çevriləcəyik", - deyə Ambartsumyan əlavə edib.

Hambardzumyan dostluğun tərəfdarı olduğunu, lakin "güclülərin zəiflərlə əsl dost ola biləcəyinə" inanmadığını qeyd edib.

Zəhra

Xəbər 2 dəfə oxunub.
Seçilən
34
xezernews.az

1Mənbələr