AZ

Juninyonun komandası nüfuzlu turnirin finalına çıxdı

Bu gecə Amerikanın əsas klub turniri olan Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunu keçirilib.

Publika.az xəbər verir ki, Argentina “Rasinq”i ilə Braziliya “Flamenqo”su üz-üzə gəlib. Oyun 0:0 hesabı ilə başa çatıb və bu nəticə “Flamenqo”ya finala yüksəlməyə imkan verib (ilk oyun – 1:0).

Oyunun 56-cı dəqiqəsində qonaqlar azlıqda qalıb. Hücumçu Qonsalo Plata birbaşa qırmızı vərəqə alıb. Buna baxmayaraq, meydan sahibləri cavab oyununda önə keçə və iki oyunun ümumi hesabında bərabərliyi təmin edə bilməyiblər.

“Qarabağ”ın sabiq futbolçusu Juninyo Olavionun adı “Flamenqo”nun görüş üçün işitrak ərizəsində olub. Lakin 28 yaşlı futbolçu bütün görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Seçilən
10
publika.az

1Mənbələr