AZ

Azərbaycan bizim əsas tərəfdaşımızdır - Qazaxıstanlı nazir müavini

Bakı. Trend:

Azərbaycan bizim əsas tərəfdaşımızdır və ölkələrimiz arasındakıticarət-iqtisadi əməkdaşlıq hər il davamlı müsbət dinamika nümayişetdirir.

Trend xəbərverir ki, bunu Qazaxıstan ticarət nazirinin müavini Aycan Bicanovabu gün Bakıda keçirilən Avrasiya Françayzinq Forumunda çıxışızamanı deyib.

O bildirib ki, cari ilin 8 ayında iki ölkə arasındakı qarşılıqlıticarət təxminən 350 milyon ABŞ dolları təşkil edib:

"Dövlət başçıları qarşılıqlı ticarət dövriyyəsini 1 milyarddollara çatdırmaq üzrə ambisiyalı vəzifə qoyublar. Hesab edirəm ki,bu vəzifələr bizim üçün əlçatandır. Françayzinq tərəfdaşlıqlarınıntərkibində birgə türkdilli dövlətlərin vahid brendi altında inkişafüçün böyük potensial mövcuddur.

Keçən ilin iyun ayında Qazaxıstan Prezidenti Qasım-ComərtKəmaləviç Tokayev ümumtürk patent təşkilatının yaradılmasıtəşəbbüsünü elan edib. Bu təşəbbüs qardaş ölkələr tərəfindəndəstəklənib. Hazırda müvafiq sənədlərin konsepsiyalarınınrazılaşdırılması ilə bağlı təşkilati işlər aparılır. Təşkilattamamlandıqdan sonra ilk strateji layihə kimi ümumtürk vahidbrendinin qeydiyyatını işləyib hazırlamaq simvolik olardı. Bu,türkdilli ölkələrin iqtisadi və mədəni potensialını beynəlxalqsəviyyədə tanıtmaq üçün güclü bir stimul olardı və Çin, Avropa,Hindistan, Afrika bazarlarına çıxış imkanı açardı. Amma bu yalnızilk addımdır".

Nazir müavini vurğulayıb ki, stabil ticarət və logistikaəlaqələrinin təmin olunması çox vacibdir:

"Bu baxımdan, transxəzər beynəlxalq marşrutunda böyük potensialmövcuddur. Bu marşrut bu gün Avrasiya ticarətinin əsas arteriyasınaçevrilib. Son 5 ildə biz bu marşrut üzrə ticarət dövriyyəsinitəxminən 6 dəfə artırmışıq. Keçən il marşrut üzrə dövriyyə 4,5milyon dollar olub. Bu il isə həcmin daha da artması planlaşdırılırvə ilin sonuna 5 milyon dollara çatdırılması nəzərdə tutulur.

Qazaxıstan həmçinin rəqəmsal əməkdaşlıq və innovasiyalarıntətbiqinə xüsusi diqqət yetirir. İT, süni intellekt və rəqəmsalplatformaların inkişafı bu gün rəqabət qabiliyyətini artıran əsasamillərdəndir.
İşgüzar səfərim zamanı çox maraqlı rəqəmsal məhsullarla tanış oldumvə onları milli qanunvericiliyimizə tətbiq etməyi planlaşdırırıq.Rəqəmsal həllərlə françayzinq modellərinin birləşməsi böyükperspektivlər açır, ticarəti daha əlçatan, şəffaf və sürətliedir".

Məqalədə:
Seçilən
20
az.trend.az

1Mənbələr