İstanbulun Beyoğlu səmtində qız istəmə mərasimi zamanı edilən atəşfəşanlıq bitişik binaya düşərək yanğına səbəb olub. Yanğınsöndürənlər yanğın binada sıxılmış vəziyyətdə qalan 8 nəfəri xilas ediblər.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Beyoğluda nikah istəməyə gələn kişilərin mərasimdən sonra küçədə atəşfəşanlıq etdiyi iddia edilib. Atəşfəşanlıq bitişik binaya dəyib, binanın üçüncü mərtəbəsində yanğın baş verib.
İkisi uşaq olmaqla 8 nəfər sürətlə böyüyən alovun ardından tüstüdən təsirlənərək binada qapalı qaldı. Yanğınsöndürənlər, təcili tibbi yardım qrupları və polis ətrafdakıların xəbəri ilə ünvana gəlib.