AZ

Rusiyanın 3 aeroportunda uçuşlar bərpa olunub

Bakı. Trend:

Rusiyanın Vladiqafqaz, Maqasa və Nijnekamsk şəhər havalimanlarında hava gəmilərinin qəbulu və göndərişinə qoyulmuşməhdudiyyətlər aradan qaldırılıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal HavaNəqliyyatı Agentliyinin (Rosaviasiya) rəsmi nümayəndəsi ArtyomKorenyako öz rəsmi "Telegram" kanalında məlumat yayıb.

Onun sözlərinə görə, bundan əvvəl həmin aeroportlarda havagəmilərinin uçuş təhlükəsizliyinin təmin olunması məqsədiləsözügedən məhdudiyyətlər tətbiq olunmuşdu.

Qeyd edək ki, oktyabrın 30-a keçən gecə, eyni zamanda MoskvanınVnukovo və Domodedovo aeroportlarında “Xalça” planı tətbiq olunmuş,mülki təyyarələrin uçuşu məhdudlaşdırılmışdı.

Məqalədə:
Seçilən
8
az.trend.az

1Mənbələr