AZ

ABŞ-də iki azərbaycanlıya 25 il həbs cəzası

ABŞ-də İranlı jurnalist və dissident Məsih Əlinejada sui-qəsd hazırlayan iki şəxs 25 il həbs cəzasına məhkum edilib. Bu barədə Əlinejadın sözçüsü məlumat verib. Şərqi Avropadan olan cinayətkar təşkilatın üzvləri Rafət Əmirov və Polad Ömərov Manhettendə federal məhkəmənin jüri tərəfindən günahkar biliniblər. İki şəxs 2022-ci ilin yayında İran-Amerikalı Əlinejada sui-qəsd etmək üçün İran rejimindən sifariş alıblar. Prokurorluq hər iki şəxs üçün 55 il həbs cəzası tələb etmişdi. İttiham olunanların ikisi də Azərbaycan vətəndaşıdır.

XəzərNews.az ABŞ mediasına istinadən xəbər verir ki, 45 yaşlı Masih Əlinejad 2009-cu ildə İrandan qaçıb.

O, 2014-cü ildən etibarən sosial mediada İranlı qadınları hicab taxmaq məcburiyyətinə qarşı çıxmağa təşviq edən kampaniyaları ilə tanınıb. Onun “X”də 500 mindən, “İnstagram”da isə 8 milyondan çox izləyicisi var.




Xəbər 4 dəfə oxunub.
Seçilən
28
11
xezernews.az

10Mənbələr