
ABŞ Prezidenti Donald Tramp Çindən idxal edilən mallara tətbiq edilən əlavə tarifləri azaltdığını açıqlayıb. Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə o jurnalistlərin suallarını cavablandırıb. “Bildiyiniz kimi, mən əvvəllər fentanil idxalına görə Çinə 20 faizlik tariflər tətbiq etmişdim və bunlar böyük tariflər idi. İndi onları 10 faiz endirmişəm və yeni tariflər dərhal qüvvəyə minəcək",- Tramp qeyd edib.
İlahə Qənbərli Missiya.Az