AZ

ABŞ prezidenti Si Cinpinlə görüşü qiymətləndirdi – “Güclü keçdi”

ABŞ prezidenti Donald Tramp və Cin lideri Si Cinpin arasında keçirilmiş görüşün ilk təfərrüatları məlum olub.

NOCOMMENT.az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə Tramp təyyarədə jurnalistlərlə ünsiyyəti zamanı danışıb.

ABŞ prezidenti bildirib ki, Çin rəhbəri ilə görüşü “güclü” keçib: “Düşünürəm ki, 0-dan 10-a qədər miqyas çərçivəsində 10 ən yaxşı nəticə hesab olunur, mən isə bu görüşə 12 bal verərdim. Bilirsiniz, bütün bu münasibətlər çox, çox vacibdir. Düşünürəm ki, hər şey çox yaxşı keçdi”.

Danışıqların nəticəsində ticarət razılaşması əldə olunub. Bu razılaşmaya əsasən ABŞ fentanil ilə əlaqəli Çin mallarına tarifləri yarıya endirəcək.

Tramp əlavə edib ki,, Çin sövdələşməyə əsasən, soya alışını bərpa edəcək və nadir torpaq metalları üçün lisenziya rejimini, ən azı, bir il müddətinə dayandıracaq.

Xatirə SADİQ

Seçilən
12
nocomment.az

1Mənbələr