AZ

Keçmiş rəis vəfat etdi

Lənkəran Melioservis İdarəsinin keçmiş rəisi Talverdi Ağamalı oğlu Əhmədov vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları bildirib. 

T.Əhmədov 73 yaşında qəfil ürəktutmasından vəfat edib. Mərhum doğulduğu Lənkəran rayonunun Viyvən kəndinə dəfn olunub. Dominos pizza

Qeyd edək ki, T.Əhmədov 1952-ci ildə Lənkəran rayonun Viyən kəndində anadan olub. Lənkəran Melioservis İdarəsi 2024-cü ilin mayında Lənkəran Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinə birləşdirilib. Talverdi Əhmədov həmin vaxta qədər idarənin rəisi vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
9
yenisabah.az

1Mənbələr