AZ

Paşinyan erməniləri Azərbaycanla dost olmağa ÇAĞIRDI

Paris Sülh Forumunda Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sülhün artıq reallığa çevrildiyini bəyan edərək, bunu bütün region üçün tarixi bir dəyişiklik adlandırıb.

Musavat.com xəbər verir ki, o, Ermənistan vətəndaşlarının hökumətin sülh prosesini gücləndirməyə yönəlmiş addımlarını dəstəkləməli olduqlarını vurğulayıb.

TRIPP layihəsi haqqında danışan Paşinyan onun hər iki ölkə üçün əhəmiyyətini qeyd edib və regional əlaqələrin inkişaf etdirilməsinin Azərbaycan və Ermənistana daxili və beynəlxalq tranzit üçün bir-birinin ərazilərindən istifadə etməyə imkan verəcəyini vurğulayıb. O, bunun Fars və Oman körfəzləri, Qara, Xəzər və Aralıq dənizləri arasında yeni marşrutlar açacağını və Ermənistan üçün yeni imkanlar yaradacağını bildirib.

Musavat.com

Seçilən
1
2
musavat.com

3Mənbələr