AZ

Azərbaycanla qarşılıqlı ticarət missiyaları və sərgilər təşkil etməyə hazırıq - Gaztrade

Bakı. Trend:

Son üç gün ərzində əsas tərəfdaşlarımızla danışıqlar apararaqAzərbaycan məhsullarının Qazaxıstan bazarına daxil olması üçünilkin brendləri inkişaf etdirdik. Bu məhsullar əlavə dəyəryaradaraq beynəlxalq bazarlara çıxarıla bilər.

Trend xəbərverir ki, bunu "Gaztrade"in icraçı direktoru Aynur Amirbekova bugün Bakıda keçirilən Avrasiya Françayzinq Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iki həftə əvvəl Astana şəhərində təşkiledilən biznes missiyası məhsuldar olub:

"B2B görüşlər, B2G konsultasiyaları və Biznes Şurası Forumunəticəsində artıq ticarət müqavilələri üzrə işlər başlanıb. İndiməqsədimiz uzunmüddətli ticarət yol xəritəsini qurmaq vətərəfdaşlığı sistemli şəkildə inkişaf etdirməkdir. Biz həmçininqarşılıqlı ticarət missiyaları və sərgilər təşkil etməyə hazırıq –Azərbaycan məhsulları üçün Qazaxıstanda, Qazaxıstan məhsulları üçünAzərbaycanda".

"Biz qarşılıqlı tərəfdaşlığımızın inkişafından məmnunuq.Göründüyü kimi, ölkələrimizin ixrac potensialı çox böyükdür və bupotensialı düzgün istifadə etməklə Azərbaycan və Qazaxıstanarasında ticarət dövriyyəsini iki dəfə artırmaq, həmçininbeynəlxalq bazarlara çıxışı genişləndirmək mümkündür", - AynurAmirbekova qeyd edib.

İcraçı direktor qeyd edib ki, e-ticarət kanallarının təşviqinədə xüsusi diqqət yetirirlər:

"Milli brend jurnalları, "Alibaba" və JD.com hesablarımızmövcuddur və ABŞ bazarına milli mağazamız vasitəsilə daxil oluruq.Ümid edirik ki, bugünkü forum və aparılan danışıqlar hər iki ölkəüçün praktik nəticələr verəcək və əməkdaşlığımızın inkişafına töhfəverəcək".

Məqalədə:
Seçilən
14
2
az.trend.az

3Mənbələr