AZ

Orxan Məmmədov: Françayzinq KOB subyektləri üçün yeni düşüncə tərzidir

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Françayzinq modeli kiçik və orta biznes (KOB) subyektləri üçün yalnız biznes aləti deyil, həm də yeni düşüncə tərzidir".

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Avrasiya Françayzinq Forumunda bildirib.

Onun sözlərinə görə, françayzinq sahibkarları daha sistemli, planlı və beynəlxalq təcrübəyə əsaslanan fəaliyyətə sövq edir:

"Bu mexanizmin daha geniş tətbiqi ölkəmizdə həm yeni iş yerlərinin açılmasına, həm də yerli brendlərin beynəlxalq arenaya çıxmasına şərait yaradacaq. KOBİA olaraq biz françayzinqin inkişafını prioritet istiqamətlərdən biri kimi görürük".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
oxu.az

1Mənbələr