AZ

Paşinyan erməniləri azərbaycanlılarla sülhə hazır olmağa çağırıb

ain.az, Oxu.az saytına istinadən bildirir.

"Ermənistan vətəndaşları qarşıdan gələn parlament seçkisində sülh gündəliyini dəstəkləməlidirlər, çünki Cənubi Qafqazda uzun illər ərzində ilk dəfə sülh şansı yaranıb".

Oxu.Az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bəyan edib.

O, erməniləri Bakı ilə sülhə hazır olmağa çağıraraq deyib:

"Mən əminəm ki, Ermənistan xalqı bu günə qədər əldə etdiyimiz nailiyyətləri dəstəkləyəcək. Şübhə etmirəm ki, Ermənistan vətəndaşları sülh gündəliyini və sülh prosesini dəstəkləyəcəklər".

Baş nazir, həmçinin əminliklə bildirib ki, Azərbaycanla müqavilə suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında bağlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
oxu.az

1Mənbələr