17 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan Nərgiz Qurbanovanın komandası meydan sahibi Moldova ilə qarşılaşacaq.
Kişinyovda baş tutacaq görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Xatırladaq ki, komanda qrupda daha əvvəl Uelsə 0:7, Kosovoya 0:6 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi