AZ

Azərbaycan və Qazaxıstan birgə brend yaradaraq beynəlxalq bazarlara çıxış planlaşdırır

Azərbaycan məhsullarının Qazaxıstanda istehsalı və oradan beynəlxalq bazarlara çıxışı üçün birgə brend ideyası üzərində çalışırıq.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın “Gaztrade” şirkətinin icraçı direktoru Aynur Amirbekova Avrasiya Françayzinq Forumunda çıxışı zamanı deyib.

BAKI, 30 oktyabr. TELEQRAF

"O qeyd edib ki, Qazaxıstanda və Azərbaycanda qarşılıqlı ticarət missiyaları və sərgilər təşkil etməyi, həmçinin e-ticarət platformalarında əməkdaşlığı genişləndirməyi planlaşdırılır."

“Gaztrade” Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyi yanında fəaliyyət göstərən ixracın təşviqi agentliyidir. Azərbaycanla əməkdaşlığımızın daha da inkişaf etməsindən məmnunuq, çünki ölkələrimizin ixrac potensialı qarşılıqlı fayda yaradır.

Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsini ikiqat artırmaq, həmçinin beynəlxalq bazarlara çıxmaq üçün böyük imkanlar mövcuddur. Qazaxıstan beynəlxalq ticarətdə Aİ, Çin, Rusiya və ABŞ ilə strateji tərəfdaşdır. Son illərdə ixrac həcmi iki dəfə artmış, infrastruktur və brendinq sahəsində mühüm addımlar atılmışdır.

Çində yeddi bölgədə ticarət nümayəndəliklərimiz və şourumlarımız fəaliyyət göstərir. Sertifikatlaşdırma və ticarətin asanlaşdırılması istiqamətində əməkdaşlıq qurmuşuq. Azərbaycanla da birgə beynəlxalq bazarlara çıxmaq niyyətindəyik.

“Gaztrade” kiçik və orta sahibkarlar üçün maliyyə və qeyri-maliyyə dəstəyi göstərir, ixracın sürətləndirilməsi proqramının operatorudur. Bu proqram çərçivəsində 557 şirkətə dəstək verilib. Seçilmiş şirkətlər üçün strategiya hazırlanır, B2B görüşlər və biznes uyğunlaşdırma tədbirləri keçirilir.

Ticarət Akademiyamız vasitəsilə 4 minə yaxın ixracatçı sertifikat alıb, onların 57%-i qadın sahibkarlardır. Qadın sahibkarlığının inkişafı və beynəlxalq ticarətdə maneələrin aradan qaldırılması istiqamətində də işləyirik.

Logistika, sertifikatlaşdırma və marketinq xərclərinin 80%-dək hissəsi dövlət tərəfindən subsidiyalaşdırıla bilər”, - o əlavə edib.

Seçilən
35
teleqraf.com

1Mənbələr