Ukrayna Havanadakı səfirliyini bağlamaq və Kuba ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarına gəlib. Səbəb Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləməsidir.
Bu barədə Ukrayna Xarici İşlər Naziri Andrey Sibiqanın açıqlamasına istinadən məlumat verir.
Sibiqa bildirib ki, bu gün Ukrayna ciddi səbəblərdən ABŞ-ın Kubaya qarşı embarqosunun ləğv edilməsinin zəruriliyi ilə bağlı BMT Baş Assambleyasının qətnaməsinə qarşı səs verib.
Xüsusilə, Kuba prezidenti əvvəllər Rusiya diktatoru Vladimir Putinə Ukraynaya qarşı təcavüzkar müharibəsində "uğurlar" arzulayıb.
"Biz onu aydın eşitdik. Bu il Havanadakı səfirliyimizi bağlamaq və diplomatik münasibətlərimizin səviyyəsini aşağı salmaq qərarına gəldik. Səsverməmiz Kuba xalqına qarşı yönəlməyib - biz onların rifah içində yaşamaq hüququna hörmətlə yanaşırıq", - deyə xarici işlər naziri qeyd edib.
O əlavə edib ki, Ukraynanın qətnaməyə qarşı səs verməsi Kuba hakimiyyətinin Kuba vətəndaşlarının Rusiya işğal ordusuna kütləvi şəkildə çağırılmasına cavab olaraq hərəkətsizliyinə yönəlib.
Minlərlə insan müqavilə imzalayıb və Ukrayna torpağında döyüş əməliyyatlarında birbaşa iştirak edən əsgərlərin sıralarına qoşulub.
Əziz Mustafa