AZ

İsveçrə Rusiya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edir

İsveçrə Federal Şurası (hökumət) Rusiya Federasiyası və Belarus Respublikasına qarşı Avropa İttifaqının 18-ci sanksiyalar paketinə uyğun əlavə məhdudiyyətlər tətbiq etmək barədə qərar qəbul edib.

Editor.az xəbər verir ki, bu barədə məlumat hökumətin rəsmi saytında dərc olunub.

Yeni sanksiyalar əsasən mal ticarəti, maliyyə və enerji sektorlarını əhatə edir. Məhdudiyyətlər oktyabrın 30-dan etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, oktyabrın 23-də Avropa İttifaqı Rusiya Federasiyasına qarşı 19-cu sanksiya paketini təsdiqləyib. Yeni məhdudiyyətlər enerji, maliyyə və ticarət sahələrini əhatə etməklə yanaşı, Rusiya diplomatlarının hərəkətinə də əlavə məhdudiyyətlər qoyur.

Sanksiyalar çərçivəsində Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalına mərhələli şəkildə qadağa tətbiq olunacaq, həmçinin rus vətəndaşlarının kriptovalyutalardan istifadəsinə də məhdudiyyətlər gətiriləcək.

Estoniya Xarici İşlər Nazirliyinin məlumatına görə, Avropa İttifaqı artıq 20-ci sanksiya paketinin hazırlanmasına da başlayıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
38
32
editor.az

10Mənbələr